Gürcüstan ərazisində Kür çayı daha çox çirklənməyə məruz qalır (sutkada 3 mln. m3-dək çirkab suları axıdılır)*. Ermənistan ərazisində isə Araz çayına sənaye müəssisələrindən heç bir təmizlənmə aparılmadan sular axıdılır. Nəticədə, suda olan bərk metal tullantılarının miqdarı normadan artıq olur.
Planetdə mövcud olan xəstəliklərin 80%-i keyfiyyətsiz içməli sulardan istifadə nəticəsində yaranır. Xüsusilə, ağır metallar insan orqanizmində toplanaraq müəyyən vaxtdan sonra xəstəliklər yaradır.
İnsanların çaylara münasibəti fərqlidir. Müxtəlif peşə sahibləri çaylardan öz məqsədləri üçün istifadə edirlər. Onların fikirləri ilə tanış olun.
Yerli sakinlər:
– Çaylar bizim qida mənbəyimiz, istirahət
məskənlərimizdir. Çaydan biz içməli su kimi istifadə edirik.
Energetiklər:
– Çayların üzərində tikilən elektrik stansiyaları ucuz
və təmiz enerji mənbəyidir. Çay suyunun axımından alınan enerji tükənməzdir. Digər enerji
mənbələri bir vaxt olacaq ki, tükənəcəkdir. Həmçinin onlar atmosferi çirkləndirir. Atmosfer
isə insan həyatında mühüm rola malikdir.
Balıqçılar:
– Çaylardan balıq ovu məqsədi ilə istifadə etmək
lazımdır. Çay balıqlarının yaşamağa başqa hansı yeri vardır? Balıqların nəsli kəsilərsə,
tarazlıq pozulmuş olar.
İdmançılar:
– Çaylar idman yarışları keçirmək üçün əlverişlidir.
Burada beynəlxalq yarışlar keçirmək olar. Raftinq və avarçəkmə oyun yarışları ölkəyə xeyli
miqdarda gəlir gətirə bilər. Xeyli sayda idmançı formalaşar. Əhalinin sağlamlığı artar.
Biznesmenlər:
– Çaylarımız turizm üçün əlverişlidir. Sahildə yeni
otellər tikmək, çimərliklər yaratmaq, parklar, əyləncə vasitələri qurmaq, kafe və
restoranlar salmaqla yeni iş yerləri açmış olarıq, həm də gəlir əldə edərik.
Çay sularının çirklənməsinin insanlar üçün hansı problemlər yaratdığını və bu problemləri aradan qaldırma yollarını müəyyən edin. Cədvəli köçürün və tamamlayın.
Peşə sahibləri | Hansı problemlər yaranır | Problemlərin həlli yolları |
*AMEA H.Əliyev adına Coğrafiya İnstitunun tədqiqatları (2021-2022-ci illər)