Sahəsinə görə dünyanın ən böyük gölü duzlu suyu olan Xəzər dənizidir. Böyüklüyünə görə onu dəniz adlandırsalar da, dünya okeanı ilə birbaşa əlaqəsi olmadığına görə göl hesab olunur. Xəzərə 130-a qədər çay tökülür (Volqa, Ural, Emba, Kür, Samur və s.). Onun səviyyəsi okean səviyyəsindən 27 metr aşağıda yerləşir.
Ən dərin yeri – Lənkəran çökəkliyi – 1025 metrdir. Dərinliyinə görə yalnız Baykal və Tanqanika göllərindən geri qalır.
Göllər təsərrüfat məqsədləri ilə də geniş istifadə olunur.
Dərslik və siyasi xəritədən istifadə etməklə mətndə rast gəldiyiniz göllər haqqında məlumatları cədvəldə qeyd edin.
Göllərin adı | Materik | Duzlu/Şirin | Hansı dövlətin ərazisində yerləşir |