Bəzi biliklər isə əfsanə və nağıllar vasitəsi ilə müasir dövrə gəlib çatmışdır. Yazı meydana gəldikdən sonra coğrafi biliklərin ötürülməsi kitablar və sadə xəritələrin köməyi ilə mümkün olmuşdur.
Qədim Çin, Hindistan, Misir, Yunanıstan və digər ərazilərdə yaşayan xalqların coğrafi biliklərin inkişafında xidmətləri böyük olmuşdur. Məsələn, eramızdan əvvəl Çində kompasdan istifadə edilməsi haqqında məlumatlar var, Avrasiyanın mərkəzi hissəsinin öyrənilməsində qədim türklərin rolu böyükdür. Onlar Böyük göl (Baykal), Altay və Sayan dağları, Yenisey çayının yuxarı axarlarını və s. ilk kəşf edənlər olmuşlar. Türklərin əcdadları sayılan hunlar Asiyanın mərkəzi çöllərindən qərbə doğru, Avropada Dunay çayına qədər irəliləmişlər.
Yer haqqında ilkin biliklər toplanaraq, tədricən coğrafiya elminin yaranmasına və inkişafına səbəb olmuşdur.
Məntiqi ardıcıllığı müəyyən edin.