Dünya okeanının dayazlıqlarında temperaturu +20°C-dən yüksək olan sularda yaşayan mərcan polipləri də adalar yarada bilirlər. Belə adalara mərcan mənşəli adalar deyilir. Məhv olduqdan sonra mərcan poliplərinin qalıqları uzun müddət ərzində toplanaraq daşlaşır və sualtı qayalıqlara, yaxud adalara çevrilir. Belə adalar Sakit və Hind okeanlarında daha çox yayılmışdır. Məsələn, Böyük Sədd rifi, Maldiv adaları və s.
Adalar tək və ya qrup halında olur. Bir-birinə yaxın yerləşmiş ümumi bünövrəyə malik adalar qrupu arxipelaq adlanır: Kanada Arktika arxipelaqı, Malay arxipelaqı, Filippin adaları və s. Ada və arxipelaqlarda müstəqil dövlətlər yerləşir və yaxud da onlar hansısa bir dövlətə məxsusdur.
Ada və arxipelaqların adı | Mənşəyi | Ölkə | Azərbaycandan hansı istiqamətdə yerləşir |
Madaqaskar | |||
İslandiya | |||
Böyük Sədd rifi | |||
Kalimantan | |||
Yapon adaları |
Dərsdən sonra. Bakıdan Böyük Britaniya adasına olan su yolunu kontur xəritədə qeyd edin. Coğrafi obyektləri qeyd edin ( dənizlər, boğazlar, körfəzlər, çaylar, keçdiyi və ətrafında yerləşdiyi ölkələr).