2. Mülayim-isti iqlim Böyük və Kiçik Qafqaz, Talış dağlarının alçaq dağlıq ərazilərində, Lənkəran ovalığı və Qanıx-Əyriçay vadilərində əsasən 1000-1400 m-ə qədər olan sahələrdə yaranır. Ölkə ərazisinin 30%-ə qədəri mülayim isti iqlimdə yerləşir. Yayı isti, qışı isə mülayim və zəif şaxtalı keçir. Yağıntıların da il ərzində paylanması fərqlidir. Lənkəran ovalığında yağıntılar əsasən ilin soyuq dövründə, Kiçik Qafqaz və Qanıx-Əyriçayda ilin isti dövründə düşür. Talış dağlarında və Böyük Qafqazın cənub yamacında yağıntı bütün fəsillərdə bərabər paylanır. Azərbaycanda ən çox yağıntı bu ərazilərə düşür. Bəzən yağıntıların miqdarı ildə 1600-1800 mm-ə çatır. Azərbaycanda mütləq maksimum yağıntı Lənkəran rayonunun Gəgiran kəndinə düşmüşdür (2763 mm).
3. Dağ-soyuq iqlim respublikamızın yüksək və orta dağlıq ərazilərində – 1400m–2700m mütləq yüksəkliklərdə yaranır.
4. Dağ tundra iqlimi respublikada 2700m-dən yüksəkdə olan ərazilər üçün səciyyəvidir. Orta illik temperatur 0° C-dən aşağıdır. Qış çox şaxtalı və yay isə soyuq keçir. Yüksək dağ zirvələri çoxillik qar və buzlaqlarla örtülüdür. Ölkə ərazisinin 20%-ə qədəri dağ-soyuq və dağ-tundra iqlimində yerləşir. Yayın mülayim, qışın isə şaxtalı keçməsi səciyyəvidir.