Minilliklər ərzində insanlar təbiətdə məskunlaşaraq, onu öyrənməyə və tədqiq etməyə nail olmuşlar.
Qədimdə ovçular heyvan sürülərini izləməklə, əkinçilər yeni əkin sahələri əldə etməklə, maldarlar isə otlaq sahələrini genişləndirməklə yeni ərazilər mənimsəmişlər.
Digər ərazilərə maraq onların tələbatlarından irəli gəlirdi. Yeni məhsuldar torpaq sahələri və təbii sərvətlərin əldə edilməsinə, digər ölkələrlə ticarət əlaqələrinin qurulmasına və s. ehtiyaclar artırdı. İnsanlar istiqamətləri təyin etməyi öyrənir və ondan istifadə edərək daha uzaq səfərlərə çıxırdılar.
Səyahətlər zamanı insanlar əldə etdikləri məlumatları tikililərin, müxtəlif əşyaların üzərində simvol və işarələrlə göstərmişlər.