Yada salın. Hava göstəricilərinin uzun illər boyu təkrarlanması iqlim adlanır.
İqlim bir sıra təbii amillərin qarşılıqlı təsiri nəticəsində əmələ gəlmişdir. Onu yaradan əsas amillərə Günəşdən Yer səthinə gələn istilik, hava kütlələrinin xüsusiyyətləri və Yer səthinin müxtəlifliyi aiddir.