Nisbi rütubətliliyi 30%-ə qədər olan hava quru, 30-60%-ə qədər olan normal, 60%-dən çox olan isə ifrat rütubətlilik sayılır.
Havanın nisbi rütubətinin yüksəlməsi yağıntıların düşmə ehtimalını artırır.
Su buxarının miqdarından asılı olaraq, doymuş və doymamış hava müşahidə edilə bilər . Müəyyən temperaturda 1 m 3 havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş hava hesab olunur. Su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava adlanır. Müxtəlif temperaturda 1 m 3 havadakı su buxarının miqdarını və doyma həddini bilməklə, nisbi rütubətliliyi müəyyən etmək olar. Məsələn, 20°C temperaturda 1 m 3 havanın tərkibində 8,5 q su buxarı var. Nisbi rütubətliliyi tapın:
Meteoroloji stansiyalarda havanın rütubətliliyini ölçmək üçün hiqrometr (b) və hiqroqraf adlı cihazlardan istifadə edilir.
1) Temperaturu +30 °C olan 1 m 3 havada
10q su buxarı varsa, nisbi rütubətliliyi təyin edin.
2) Temperaturu 0°C olan 1 m 3 havada
nisbi rütubətlilik 60%-dir. Havadakı su buxarının miqdarını tapın.
Havanın temperaturu (°C) | Havadakı su buxarının miqdarı (qr/m3) |
-10 | 2 |
0 | 4 |
+10 | 5 |
+20 | 8 |