Müəyyən məntəqə üçün küləklərin istiqaməti “külək gülü” adlanan sxemlə göstərilir.
Yer kürəsinin ayrı-ayrı ərazilərində özünəməxsus xüsusiyyətlərinə malik olan yerli küləklər formalaşır. Yerli küləklər müxtəlif ərazilərdə fərqli adlanır. Belə küləklərə isti və quruluğu ilə seçilən səmum və xəmsin Şimali Afrika və Ərəbistanda yayılmışdır. Qara və Adriatik dəniz sahillərində bora, Avstraliyada villivili , İtaliyada sirokko, Baykal ətrafında sarma, Fransada mistral və s. yerli küləklərdir. Dağlıq ərazilərdə təzyiq fərqindən yaranan fyon küləkləri, əsasən ilin soyuq dövrlərində müşahidə edilir. Küləyin istiqaməti, adətən, dağdan dərəyə doğru olur.
Verilmiş məlumatlara əsasən Bakı şəhərində fevral ayı üçün “külək gülü”nü qurun:
Bakıda fevral ayında 5 gün şimal, 10 gün
şimal-şərq, 4 gün şimal-qərb, 2 gün cənub, 5 gün qərb, 2 gün isə küləksiz gün
olmuşdur.