Cədvəli çəkin. Küləyin təbiətdə və insan həyatında əhəmiyyəti barədə fikirlərinizi yazın.
Təbiətdə əhəmiyyəti | İnsan həyatında əhəmiyyəti |
Müzakirə edək: Küləyin əhəmiyyəti nədir?
Hava şəffaf və rəngsiz olmasına baxmayaraq, biz onu daim hiss edirik. Hava daim hərəkət edir və yerini dəyişir. Onun bir yerdən başqa yerə hərəkət etməsinin başlıca səbəbi atmosfer təzyiqinin yer səthində qeyri-bərabər paylanmasıdır. Təzyiq fərqi külək yaradır. Hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət edir. Təzyiq fərqi böyük olduqca külək də güclü əsməyə başlayır. Yer üzərində ən güclü küləklər Antarktida materikinin ətrafında yaranır.
Küləyin gücü və sürəti 12 ballıq Bofort şkalası ilə müəyyən olunur. Külək əsdiyi səmtə görə adlandırılır. Külək şimaldan əsirsə, şimal küləyi adlanır və oxla işarələnir.