Mülayim qurşaqlarda (50°-60°şm.e. və c.e.) havanın qalxan hərəkəti alçaq təzyiq sahəsi yaradır. Qütblərdə isə temperaturun ilboyu aşağı olması səbəbindən yüksək təzyiq qurşağı yaranır.
Yüksəkliyə qalxdıqca havanın sıxlığının azalması atmosfer təzyiqinin aşağı düşməsinə səbəb olur. Hündürlüyə qalxdıqca, təzyiq orta hesabla hər 10 metrdə 1 mm. c.s. azalır (c). Bu qanunauyğunluq təxminən 3000 m-ə qədər müşahidə edilir. Atmosfer təzyiqinin orta hesabla hər 10 m-də 1 mm azalması barik pillə adlanır.
Yer səthində təzyiqin paylanması haqqında məlumat almaq üçün xəritələrdə eyni təzyiqə malik nöqtələr birləşdirilir. Alınan belə əyri xətlər izobar adlanır.
Bu, maraqlıdır. Buludluluq bal ilə ölçülür. Səma buludla tam örtülü olarsa, 10 bal hesab edilir.
__ havanın Yer səthinə və cisimlərə göstərdiyi təzyiqdir. Təzyiq 760 mm c.s.-dən çox olarsa, o, __ , az olarsa, __ hesab olunur. __ xəritədə eyni təzyiqli nöqtələri birləşdirən əyri xətlərdir.