Sutka ərzində maksimum və minimum temperaturlar arasındakı fərq sutkalıq temperatur amplitudu adlanır. Günün ən aşağı temperaturu Günəş çıxmazdan bir qədər əvvəl, ən yuxarı temperaturu isə günortadan 2-3 saat sonra müşahidə olunur.
Bu, maraqlıdır. Bəzi ölkələrdə havanın temperaturu Farengeyt şkalasına əsasən ölçülür. Faringeyt şkalasına görə, suyun donma temperaturu +32°F, qaynama temperaturu isə +212°F-dir. Selsi şkalasındakı 0° Farengeytə görə (F) +32°-yə bərabərdir. Donma və qaynama arasındakı göstərici 180°-yə bərabərdir.
Yer səthindən 2 km yüksəklikdə uçan hava şarının ətrafında temperatur + 8°C-dir. Bu zaman Yerin səthində və 4 km hündürlükdə havanın temperaturu nə qədər olar?