Qeyri-filiz faydalı qazıntılarına çökmə süxurlarda daha çox rast gəlinir. Onların çoxundan tikinti materialları kimi geniş istifadə olunur. Əhəngdaşı Abşeron-Qobustanda, Kiçik Qafqazın ətəklərində; travertin Kəlbəcər və Naxçıvanda; mərmər Daşkəsəndə; gips Yuxarı Ağcakənddə, xörək duzu isə Abşeron və Naxçıvanda geniş yayılmışdır.
Mətndən və faydalı qazıntılar xəritəsindən istifadə edərək müvafiq ərazilərdə yayılmış faydalı qazıntıları cədvəldə qeyd edin.
Xəzər dənizi | Kiçik Qafqaz | Böyük Qafqaz | Naxçıvan | Kür-Araz ovalığı |
Uyğunluğu müəyyən edin.
Sxemi çəkin və inzibati rayonlara uyğun gələn faydalı qazıntıları təyin edib xətlə birləşdirin.
Faydalı qazıntı
İnzibati rayon