Məhsulların hazırlanmasında hansı xammaldan istifadə olunur?
Məhsul | İstifadə olunan təbii sərvətlər |
Maşın istehsalı | |
Ev tikintisi | |
Enerji istehsalı |
Müzakirə edək: 1. Məhsulların istehsalında istifadə olunan təbii sərvətlər hansı xüsusiyyətinə görə bir-birindən fərqlənir? 2. Təbii sərvətlər necə əldə olunur?
Yada salın. Təbiətdə yayılmış süxurlar mənşəyinə görə maqmatik, çökmə, metamorfik olur.
İnsanların istifadə etdiyi yeraltı sərvətlər faydalı qazıntılar və ya mineral ehtiyatlar adlanır. Mənşəyinə görə mineral ehtiyatlar üç yerə bölünür:
Filiz faydalı qazıntılar - maqmatik mənşəlidir. Onlar Yerin dərin qatlarında yaranan ağır, bərk - intruziv süxurlarda əmələ gəlir. Filiz faydalı qazıntılara daha çox dağlarda və denudasion düzənliklərdə rast gəlinir. Zəngin dəmir filiz yataqları Ural, Skandinaviya dağlarında, Braziliya, Qərbi Avstraliya və Dekan yaylalarında yayılmışdır. Alüminiuma boksit, alunit və nefelin kimi mineralların tərkibində rast gəlinir. Ən iri alüminium xammalı yataqları Braziliya, Böyük Çin, Şimali Avstraliya, Qviana düzənliklərindədir. Mis yataqları isə And dağlan və Mərkəzi Afrikada daha çoxdur. Cənub Şərqi Asiya qalay və volfram, CAR (Cənubi Afrika Respublikası) və ABŞ isə qızıl yataqları ilə seçilir.
Qeyri-filiz faydalı qazıntılar – Yer qabığında daha geniş yayılmışdır. Şimali Afrika, Şərqi Avropa və Böyük Çin düzənliyi, Florida yarımadası apatit və fosforit yataqları ilə zəngindir.
Yanar faydalı qazıntılar – çökmə mənşəlidir. Ovalıq və şelf zonalarında daha çox rast gəlinir. Neft və təbii qazın ən mühüm yataqları İran körfəzi, Qərbi Sibir, Şimal dənizi, Xəzər dənizi, Qvineya körfəzi , Meksika körfəzi və s.-dir.
Daş kömürün əsas yataqları Appalaç, Şərqi Avropa düzənliyi, Dekan, Orta Sibir yaylasında, Cənubi Afrikada, Şərqi Avstraliyada və Böyük Çin düzənliyindədir.