Dünyanın ən böyük ovalıqları – Amazon, Missisipi, Qərbi Sibir, Xəzəryanı, Turan, La-Plata, Şərqi Çin, Mərkəzi düzənlik, Şərqi Avropa, Kür-Araz və s. akkumulyativ düzənliklərdir.

Düzənliklərin əksəriyyətində seysmik hadisələr nisbətən az olur. Buna səbəb onların seymsik cəhətdən daha sabit zonada yerləşməsidir. Lakin elə düzənliklər də var ki, onlar fəal seysmik zonalarda yerləşir. Kordilyer dağlarında Meksika yaylası, Alp-Himalay dağlıq qurşağında Anadolu, İran, Tibet yaylaları buna misaldır. Üzəri effuziv, yəni püskürülmüş məsaməli vulkan süxurları ilə örtülü olan Qarabağ vulkanik yaylası, Kür-Araz ovalığı, Gürcüstandakı - Kolxida, və İtaliyadakı Padan ovalığı da seysmik zonada yerləşir.

Düzənliklər insanların qədimdən ən çox məskunlaşdığı ərazilərdir.


Öyrəndiklərinizi tətbiq edin

Cədvəli çəkin. Dünyanın fiziki xəritəsindən istifadə edərək cədvəli doldurun.

Materiklər   \   Düzənliklər Denudasion Akkumulyativ
Avrasiya    
Afrika    
Şimali Amerika    
Cənubi Amerika    
Avstraliya    
Nə öyrəndiniz
AÇAR SÖZLəR
Denudasion düzənlik
Akkumulyativ düzənlik
_ süxurların çökdürülməsi nəticəsində yaranır. Aşınma proseslərinin təsiri ilə süxurların parçalanması, dağılması və hamarlanması nəticəsində yaranan düzənliklərə __ deyilir.
Öyrəndiklərinizi yoxlayın

Cədvəli çəkin. Kontur xəritədə verilmiş ərazilərdəki düzənlikləri müəyyən edin. Onları mənşəyinə görə qruplaşdırıb cədvəli doldurun

Düzənliklər
Denudasion Akkumulyativ
   

Amazon ovası