Onlara Kap, Əjdaha, Ural, Appalaç, Skandinaviya, Böyük Suayrıcı və s. misal ola bilər.
Vulkanik dağlar. Bəzi dağlar vulkanların fəaliyyəti nəticəsində yaranır (b). Adətən, belə dağlar silsilə yaratmır və konus formasında olur. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotopaxi və s. vulkanların fəaliyyəti nəticəsində yaranan dağlardır.
Yaşına görə dağlar cavan və qədim olur. Cavan dağlar hündür və kəskin parçalanmış olur. Qırışıq dağlar cavan dağlardır. Qədim dağlar xarici qüvvələrin təsiri ilə dağıldığından hündürlükləri az olur və nisbətən zəif parçalanır. Faylı dağlar qədimdir.Qırışıq- faylı dağlar yenidən fəallaşmaya məruz qalırlar.
Mətndən və dünyanın fiziki xəritəsindən istifadə edərək cədvəli tamamlayın.
Materiklər | Dağın adı | Mənşəyi (tektonik, vulkanik) | Yaşı (cavan, qədim, yenidən fəallaşan) |
Avrasiya | |||
Afrika | |||
Şimali Amerika | |||
Cənubi Amerika | |||
Avstraliya |
Adları çəkilən dağları mənşəyinə görə qruplaşdırın.
Qafqaz, Kotopaxi, Alp, Himalay, Etna, Ural, Appalaç, Kazbek, And, Klimancaro, Pamir, Elbrus,
Vezuvi.
Tektonik dağlar ________________________________________________
Vulkanik dağlar ________________________________________________