Məsələn, Bakı 50° ş.u.-da Madrid isə 4°q.u.-da yerləşir. Onlar arasında 54° uzunluq fərqi var (50°+4°=54°). Vaxt fərqi isə 3 saat 36 dəqiqə (54 x 4= 216 : 60 = 3 saat 36 dəq.) olur.
İstənilən məntəqədə yerli vaxt ondan şərqdə yerləşən məntəqələrdən geri, qərbdə yerləşən məntəqələrdən isə irəli olur.
Yerin öz oxu ətrafında hərəkəti ilə bağlı olaraq bir sıra sutkalıq ritmik proseslər yaranır. Gecə və gündüzün yaranması, sutkalıq brizlər bilavasitə Yerin sutkalıq hərəkəti ilə əlaqədardır. Havanın temperaturunun sutka ərzində dəyişməsi, bütün canlıların və insanların həyat tərzi də yerin sutkalıq hərəkətindən asılı olaraq müəyyən ritmikliyə, yəni dövri olaraq təkrarlanmaya malikdir.
Bakının yerli vaxtına əsasən cədvəldə verilmiş şəhərlərin yerli vaxtını hesablayın.
Bakı 50° ş.u. | Pekin 117° ş.u. | Madrid 4° q.u. | Nyu-York 73° q.u. |
1200 |