Yupiter, Saturn, Uran, Neptun xarici planetlər qrupuna daxildir. Onların tərkibi hidrogen və heliumdan təşkil olunmuş nəhəng qaz kütləsindən ibarətdir. Bu planetlər Günəşdən uzaqda yerləşirlər və öz oxu ətrafında daha sürətlə fırlanır.
Planetin adı | Günəşlə planetlər arasındakı məsafə (AV) |
Mekuri | 0,38 |
Venera | 0,72 |
Yer kürəsi | 1,00 |
Mars | 1,52 |
Yupiter | 5,20 |
Saturn | 9,50 |
Uran | 19,80 |
Neptun | 30,00 |
Məsələn: Yer kürəsi – 150 milyon km. Mars 150 x 1,52 = 228 milyon km.
Məntiqi əlaqələri qurun.