Cədvəli nəzərdən keçirin və suallara cavab verin:
Planetlər | Diametr, km | Xəyali oxu ətrafında fırlanma müddəti | Peyklərin sayı | Kimyəvi tərkibi |
Yer qrupu | ||||
Merkuri | 4880 | 58 gün | 0 | Əsas tərkibi silisium və dəmirdir. |
Venera | 12100 | 243 gün | 0 | |
Yer | 12742 | 23 saat 54 dəqiqə | 1 | |
Mars | 6780 | 24 saat 36 dəqiqə | 2 | |
Nəhəng planetlər | ||||
Yupiter | 142 984 | 9 saat 55 dəqiqə | 67 | Əsas tərkibi hidrogen və heliumdur. |
Saturn | 116 464 | 10 saat 42 dəqiqə | 82 | |
Uran | 50 724 | 14 saat 14 dəqiqə | 27 | |
Neptun | 49 244 | 16 saat | 14 |
Yada salın. Planetlərin Günəş ətrafında dövr etmə müddəti Günəşdən uzaqlaşdıqca artır.
Günəş sisteminə daxil olan planetlər (yunan dilində planasthai, “gəzişmək" sözündəndir) Günəş ilə müqayisədə çox kiçikdirlər. 12 756 km diametrə malik olan Yer kürəsi Günəşdən 109 dəfə kiçikdir. Hətta ən böyük planet olan Yupiterin də diametri Günəşin diametrinin 1/10 hissəsini təşkil edir. Yer kürəsindən Günəşə olan məsafə təxminən 150 milyon km-ə bərabərdir.
Planetləri Günəşdən uzaqlığına, böyüklüyünə, kimyəvi tərkiblərinə, sıxlığına və fırlanma müddətinə görə 2 qrupa ayırırlar: daxili və xarici planetlər. Daxili planetlərə – Yer tipli planetlər də deyilir. Bu qrup planetlərə Merkuri, Venera, Yer və Mars daxildir. Onlar bərk maddələrdən, metallardan, su və qazlardan ibarətdir. Bu planetlər Günəşə yaxın yerləşir.