Planetlərin Günəş ətrafında hərəkət yolu orbit xətti adlanır. Onların orbit xətləri ellips şəklindədir. Günəş sistemi də müəyyən orbit üzrə Süd Yolunda hərəkət edir.
Günəşin güclü cazibə qüvvəsinin təsiri nəticəsində 8 planet, onlarla peyk onun ətrafında dövrə vurur. Günəş sistemində minlərlə asteroid və meteorit hərəkət edir.
Bu, maraqlıdır. İşıq 1 saniyədə 300000 km məsafə qət edir. Bir işıq ili bir ildə olan saniyələrin sayını 300000 km-ə vurmaqla hesablanır.
Səma cisimlərinin düzülüşünü müəyyən edin.