Fəaliyyət-2
Məntəqələr arasında dərəcə fərqinin müəyyən edilməsi.
Paralellər üzrə

A və B məntəqələri arasında dərəcə fərqi 20°
C və D məntəqələri arasında dərəcə fərqi 20°

 
Meridianlar üzrə

A və B məntəqələri arasında dərəcə fərqi 30°
C və D məntəqələri arasında dərəcə fərqi 30°

  1. Azərbaycanın ucqar qərb və şərq nöqtələri arasındakı dərəcə fərqini müəyyən edin.
  2. Azərbaycanın ucqar şimal və cənub nöqtələri arasındakı dərəcə fərqini hesablayın.
  3. Azərbaycanın ucqar şimal nöqtəsi ilə şimal coğrafi qütbü arasındakı dərəcə fərqini hesablayın.
  4. Azərbaycanın ucqar cənub nöqtəsi ilə ekvator arasında dərəcə fərqi nə qədərdir?

Azərbaycanın fiziki xəritəsi

Xəritə və qlobusda meridian və paralellərə əsasən məsafələri təyin etmək olar. Bunun üçün meridian və paralellərdə 1°-lik qövsünün uzunluğundan istifadə edilir. Bütün meridianlar yarımçevrə olduğu üçün onların uzunluğu 180°, kilometrlə təqribən 20000 km-dir. 1°-lik meridian qövsünün uzunluğu isə 20000:180° ≈ 111,1 km-dir.