Hər hansı məntəqənin koordinatının daha dəqiq təyin olunmasının nəqliyyat, rabitə, hərbi və s. əhəmiyyəti çox böyükdür.
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində uğurla istifadə etdiyi pilotsuz uçan aparatlar (PUA) düşmən mövqelərini dəqiq vururdu. Bu, həmin mövqelərin coğrafi koordinatlarının dəqiq təyin edilməsi ilə mümkün olurdu.
Dünyanın siyasi xəritəsindən istifadə edərək verilmiş şəhərlərin coğrafi koordinatlarını təyin edin.
Şəhərlər | Coğrafi enliyi | Coğrafi uzunluğu |
Nyu-York | ||
Ankara | ||
Sidney | ||
Braziliya |
Fiziki xəritədən istifadə edərək verilmiş coğrafi koordinatların hansı şəhərlərə aid olduğunu müəyyən edin
Məntəqələr | Coğrafi enlik | Coğrafi uzunluğu |
39°şm.e. | 73° q.u. | |
2° şm.e. | 114° ş.u. | |
34° c.e. | 19° ş.u. | |
35° c.e. | 150° ş.u. |