Verilmiş məntəqələr müxtəlif yarımkürələrdə yerləşir. Onların mövqeyi ekvator və Qrinviç meridianına əsasən müəyyən edilir.
Şəhərlər | Yerləşdiyi yarımkürələr | Coğrafi mövqeyi | |
Ekvatora görə mövqeyi | Qrinviç meridianına görə mövqeyi | ||
Nyu-York | şimal, qərb | şimal | qərb |
Moskva | |||
Sidney | |||
Braziliya |
Müzakirə edək: Coğrafi obyektlərin daha dəqiq mövqeyini necə müəyyən etmək olar?
Yada salın. Xəritə və qlobuslarda coğrafi qütbləri birləşdirən yarımçevrələr meridian, ekvatora paralel çəkilmiş çevrələr paralellər adlanır.
Qlobus və xəritə üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir. Dərəcə toru əsasında məntəqələrin dəqiq "ünvan”ı, yəni coğrafi mövqeyi müəyyən edilir. Paralel və meridianlar dərəcə torunun əsas elementləridir.
Onların əsasında məntəqələrin coğrafi koordinatları – coğrafi enliyi və coğrafi uzunluğu müəyyən edilir.