Müasir texnologiyalar coğrafi məlumatların sürətlə əldə edilməsinə, onların işlənilməsinə və proqnozlaşdırılmasına imkan verir. Bu sahədə Coğrafi İnformasiyalar Sistemi (CİS) böyük əhəmiyyətə malikdir. Coğrafi informasiya sistemi vasitəsilə kompüterdə xüsusi proqrama və statistik materiallara əsasən kompleks rəqəmsal xəritələr tərtib edilir.
Müasir dövrdə qısa vaxt ərzində planetimizdə baş verən dəyişiklikləri qeydə alıb təhlil etmək mümkün olur. Bu vasitələrdən istifadə edilərək müxtəlif istiqamətlərdə tədqiqatlar aparılır.
Yaşadığınız regionun öyrənilməsi
İstifadə ediləcək mənbələr | Hansı məlumatları əldə etmək olar? |
1 | |
2 | |
3 |