Faydalı qazıntıların çıxarılması zamanı qalaqlanan boş süxur
qalıqları __ yaradır. Zavod və fabriklərin tüstü bacalarından
çıxan __ xüsusilə atmosferi çirkləndirir. Stratosferdə __ yaranması
da sənayenin inkişafı ilə əlaqədardır. İri şəhərlərdə
əhalinin sayının artması __ ibarət zibilliklərin yaranmasına
səbəb olur. Kiçik qığılcım nəhəng və qorxulu __ səbəb ola
bilir. Çayda suyun səviyyəsinin qalxmasından yaranan __
insanlara zərər vurur. Torpaqlardan düzgün istifadə etmədikdə
__ baş verir. Su çatışmazlığı ilə səciyyələnən __ isə canlı
aləmin məhv olmasına gətirib çıxarır.
AÇAR SÖZLƏR
Sənaye tullantıları
Məişət tullantıları
Terrikon
Meşə yanğınları
Ozon deşiyi
Səhralaşma
Quraqlıq
Daşqın