1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv seçilməklə Azərbaycan dünyanın tam müstəqil ölkəsi kimi tanındı. Daha sonra Azərbaycan keçmiş sovet respublikalarının yaratdığı Müstəqil Dövlətlər Birliyinə (MDB) də üzv oldu. Qafqaz regionunun beynəlxalq aləmdə gücünü artırmaq və Avropa ilə Asiya arasında yeni bir iqtisadi məkan yaratmaq məqsədi ilə 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirak etdiyi GUAM təşkilatı yaradıldı.
Azərbaycan Respublikası daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT və ya ECO) 1985-ci ildə Pakistan, İran, Türkiyə tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi İƏT-ə daxil olan ölkələr arasında elm və təhsil, mədəniyyət və iqtisadiyyata müxtəlif sahələrində əməkdaşlıq etməkdir.
Son illər Azərbaycanın Avropa İttifaqı Ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığı genişlənir.
Azərbaycan Respublikasi 2011-ci ildən 120 ölkənin iştirak etdiyi Qoşulmama Hərəkatının üzvüdür. Heç bir hərbi bloka tərəf olmadığını bəyan edən ölkələri birləşdirən bu təşkilat 1961-ci ildə yaradılıb. 2019-cu ildən bəri Qoşulmama Hərəkatına Azərbaycan Respublikası sədrlik edir.
Cədvəli çəkin. Verilmiş təşkilatlarda Azərbaycanın hansı ölkələrlə əməkdaşlıq etdiyini “+” işarəsi ilə qeyd edin.
Ölkələr | GUAM | İslam Əməkdaşlıq Təşkilatı | MDB |
Gürcüstan | |||
Rusiya | |||
Misir | |||
İran | |||
Qazaxıstan | |||
Ukrayna |
Sxemi çəkin və əlaqəni qurun:
MDB
İƏT
GUAM