Avropanın kosmosdan gecə görüntüsü.
İşıqlar nəhəng bir regionun "nəfəs aldığını" əks etdirir.
Müəssisələrin fəaliyyətindəki uzunmüddətli fasilələrin yarada biləcəyi problemləri müəyyən edin.
Müzakirə edək: Bir müəssisənin işindəki uzunmüddətli fasilə digərlərinə necə təsir edir?
İstehsal və qeyri-istehsal müəssisələri | Problemlər |
Elektrik stansiyaları | |
Təhsil müəssisələri | |
Çörək bişirmə zavodları | |
Şəhər təmizləmə xidməti | |
Nəqliyyat | |
Teatr |
Yada salın. Məhsulun istehsalında xammal, maşın və avadanlıq, işçi qüvvəsi ilə yanaşı, onun istehlakı əsas rol oynayır.
İnsanlar öz istək və tələbatlarını ödəmək üçün müxtəlif sahələrdə çalışırlar. İqtisadiyyatın müxtəlif sahələrinin cəmi təsərrüfat adlanır. Təsərrüfatın quruluşu üç əsas sahə ilə təmsil olunur:
Təsərrüfat sahələri ölkələrin iqtisadi inkişafının əsas mənbəyi olub bir-biri ilə sıx əlaqədardır. Dövlət gəlirlərinin formalaşmasında onların hər birinin öz payı vardır. Sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin faizlə nisbəti təsərrüfat modelini yaradır. Müxtəlif ölkələrdə təsərrüfat modelləri fərqlidir. AВŞ, Fransa, Böyük Britaniya, Almaniya, İsveçrə, Belçika, Yaponiya kimi varlı, inkişaf etmiş ölkələrin təsərrüfat modelində xidmət sahələri üstünlük təşkil edir. Bu ölkələrin əhalisinin əksəriyyəti xidmət sahələrində çalışır. Geri qalmış Anqola, Nigeriya, İordaniya, Mozambik, Banqladeş kimi ölkələrdə isə iqtisadi inkişaf, ölkənin gəlirləri kənd təsərrüfatı hesabına formalaşır. Belə ölkələrdə əhalinin çox hissəsi kənd təsərrüfatında çalışır.