Yalnız C.Kuk cənuba doğru daha çox irəliləmiş, lakin soyuq hava və ucsuz-bucaqsız buzlar onun Antarktidaya çatmasına imkan verməmişdi.
Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellins-hauzen və M.Lazarev tərəfindən kəşf edilmişdir. Materikdə yerləşən cənub qütbündə isə ilk dəfə R.Amundsen (1911) və R.Skott (1912) olmuşdur.
Bu, maraqlıdır. Antarktida təkcə tədqiqatçıların deyil, turistlərin də diqqətini cəlb etməyə başlamışdır. İl ərzində buraya 40 min nəfərdən çox turist səyahət edir. 2008-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Azərbaycan-Antarktida ekspedisiyası materikə səfər etmişdir.
Beləliklə Avstraliya, Antarktida materikləri və həmçinin də, Sakit okeandakı çoxlu adalar qrupu – Okeaniya kəşf olundu. Həmin ərazilərin öyrənilməsi və məskunlaşması coğrafi biliklərin inkişafında yeni bir mərhələ oldu.
Sxemi çəkin. Əlaqəni xətlərlə qurun.
Kəşflər
Xidməti olmuş səyyahlar
Xronoloji ardıcıllığı müəyyən edin.