48. PRAKTİK DƏRS.
DÜNYA ƏHALİSİNİN DİL TƏRKİBİ
VƏ ƏHALİNİN MƏSKUNLAŞMASI
Tapşırıq 1.
Hər il fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Dünyada 6,5
mindən
çox dil vardır. Onların çoxu bir-birinə oxşar olub dil ailələrində birləşir. Ən böyük dil
ailələrinin yayıldığı regionların təsvir edildiyi xəritədən istifadə edərək suallara cavab
verin:
- Avrasiyada neçə dil ailəsi vardır?
- Afrika əhalisi hansı dil ailələrinə aiddir?
- Dünyada ən çox yayılmış dil ailəsi hansıdır?
- Altay dil ailəsinə daxil olan xalqların yaşadığı ölkələri “Dünyanın siyasi xəritəsi”
ndən istifadə etməklə müəyyən edin.
Tapşırıq 2.
Əhalinin məskunlaşmasına təsir edən amillər müxtəlif məskunlaşma modelləri yaradır.
Xətti model – çay və
ya magistral yollar (avtomobil,
dəmiryol və s.)
boyunca əhalinin
məskunlaşdığı formadır.
Sahilboyu model –
əhali dəniz, körfəz,
okean sahilində, sahilin
formasına uyğun
məskunlaşır.
Radial model əhalinin
nəqliyyat yollarının
kəsişdiyi mərkəzlərdə,
əsasən dairəvi formada
məskunlaşma modelidir.