Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə yaxındır. Əhali Yer üzərində qeyri-bərabər yerləşmişdir. İnsanlar qurunun kiçik bir hissəsində məskunlaşmışlar. Təbii şəraitin yaşayış üçün əlverişli olduğu ərazilərdə əhali sıx, nisbətən əlverişsiz yerlərdə isə seyrək məskunlaşmışdır.