Cənub yarımkürəsində olan böyük quru sahəsinin axtarışı məqsədi ilə avropalılar çoxlu sayda ekspedisiyalar təşkil etmişdilər. Sakit okeanda yeniyeni adalar kəşf olunsa da, böyük quru tapılmamışdı.
XVII əsrin əvvəllərində holland səyyahı V.Yanson Avstraliya sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. 1642-ci ildə digər hollandiyalı səyyah A.Tasman Avstraliyanın şimal, cənub və qərb sahillərini, hazırkı Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir. Həmin dövrdə avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənlərindəki adları verirdilər.
Nəhayət, XVIII əsrin ikinci yarısında ingilis səyyahı Ceyms Kuk Avstraliyanın bütün sahillərini tədqiq edərək onun materik olduğunu sübut etdi.
Cənub qütb sahəsində yerləşən Antarktida materikinin kəşfi də maraqlı olmuşdur. Bu ərazilərə səyahət etmək barədə heç kim düşünmürdü.