Onların hakimiyyəti müddətsizdir, irsən ötürülür. Əksər monarxiya ölkələrində - Böyük Britaniya, Norveç, İsveç, Belçika, Mərakeş, Yaponiya və s. idarəetmə qanunları parlament tərəfindən qəbul edilir. Belə ölkələr konstitusiyalı monarxiya dövlətləri adlanır.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bruney və s. kimi ölkələr isə mütləq monarxiyadır. Bu ölkələrdə monarxın hakimiyyəti hüdudsuzdur. Dünyanın bəzi ölkələrində dini hakimiyyət hökm sürür. Belə ölkələr teokratik dövlətlər adlanır. Vatikan və Səudiyyə Ərəbistanı teokratik dövlətlərdir.
Yer kürəsində müəyyən sərhəd daxilində siyasi varlıq olan __ müstəqil bir qurumdur. __ idarə edilməsinə görə hakimiyyət orqanları səsvermə yolu ilə xalq tərəfindən seçilir. Hakimiyyətin vərəsəlik yolu ilə ötürülən ölkələrdə __ idarəetmə forması mövcuddur.
1. Cədvəli çəkin və mətndən istifadə etməklə onu tamamlayın.
İdarəetmə formaları |
Avropa | Asiya | Şimali Amerika |
Cənubi Amerika |
Afrika | Avstraliya |
Monarxiya | ||||||
Respublika |
2. Ölkələrin idarə edilmə formalarındakı müxtəlifliyi müqayisə edin. Onların hansında monarxiya, hansında isə respublika idarəetmə formasının mövcud olduğunu müəyyənləşdirin.