Böyük qruplarda yaşayan bal arılarının ağır zəhmətlə hazırladığı bal insanlara sağlamlıq bəxş edir. Bu məhsulu yalnız minlərlə arının vahid ailədə birgə əməyi yaradır.
Dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edir. Əlaqələrin güclənməsi dövlətlərarası birliklərin (təşkilatların) yaranması ilə nəticələnir. Azərbaycan Respublikası dünyanın müxtəlif təşkilatlarında təmsil olunur. Onlardan biri Türk Dövlətləri Təşkilatıdır. Bu, tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi üçün təməl rolunu oynayır.