Müəyyən təbii sərhəd daxilində oxşar coğrafi əlamətlərə malik olan ərazilər təbii coğrafi regionlardır. Materiklər, böyük dağlıq və düzənlik ərazilər, meşə və ya səhralar təbii regionları əmələ gətirir.
Regionlar orada məskunlaşmış əhalinin irqi, milli və dini tərkibi baxımından da fərqlənir. Tarixi inkişafına, oxşar ənənələrə, milli mədəniyyətə malik olan belə ərazilər tarixi regionlar adlanır. Latın Amerikası, Qərbi Avropa, Şərqi Avropa, Cənub-Şərqi Asiya belə regionlara misal ola bilər.
Yer kürəsinin regionlara ayrılmasında iqtisadi-coğrafi amillərin də rolu böyükdür. Təbii və tarixi regionlardan fərqli olaraq iqtisadi-coğrafi regionların sərhədləri zamanla dəyişə bilər. İqtisadi-coğrafi regionlar inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir.
Azərbaycan Respublikası Avropa və Asiya qitələrinin birləşdiyi Qafqaz regionunda əlverişli mövqedə yerləşir. Bu məkan Şərq və Qərb mədəniyyətinin qovuşduğu Cənub-Qərbi Asiya regionudur.
Cədvəli çəkin. Ölkələri aid olduğu regionlara uyğun qruplaşdırın.
Ölkələr | Şərqi Asiya |
Afrika | Latın Amerikası |
Mərkəzi Asiya |
Cənub-Qərbi Asiya |
Qərbi Avropa |
Misir | ||||||
Kuba | ||||||
Türkmənistan | ||||||
Koreya Respublikası | ||||||
Fransa | ||||||
İraq |