İspanlar və portuqaliyalılar Amerikanın mərkəzi və cənub hissələrini, ingilis və fransızlar isə şimal hissələrini öyrənərək mənimsəməyə başladılar.
Yeni Dünyanın kəşf edilməsi Avropa ölkələrinin iqtisadi və siyasi həyatına böyük təsir etdi. Ticarət yolları tədricən Aralıq dənizi hüdudlarından çıxaraq daha geniş əraziləri əhatə etməyə başladı. Bu isə bəzi ölkələrin coğrafi mövqelərinin yaxşılaşmasına səbəb oldu.
Yeni torpaqları müstəmləkələrə çevirən avropalılar bu əraziləri istismar etməklə təbii sərvətləri daşımağa başladılar. Bu, Avropa ölkələrinin gələcək iqtisadi inkişafının əsasını qoymuş oldu.
Cədvəli çəkin və tamamlayın.
Yeni Dünya Köhnə Dünyaya nə verdi | Köhnə Dünya Yeni Dünyaya nə verdi |
1 | |
2 | |
... |