Məhsuldarlığı aşağı düşmüş torpaqların bərpası məqsədi ilə aşağıdakı tədbirlər görülə bilər: torpaqlara üzvi və mineral gübrələr verilir, şoran ərazilərdə kollektor-drenaj şəbəkəsi yaradılır, tarlaqoruyucu meşə zolaqları salınır, şoranlıqlar yuyulur, bataqlıqlar qurudulur. Belə tədbirlər meliorasiya tədbirləri adlanır.
Bəşəriyyətin gələcək ərzaq təminatı üçün torpaqların məhsuldarlığının artırılması və onların mühafizəsi çox vacibdir.
Torpaqların mühafizəsinə və yararsız hala düşməsinə aid olan ifadələri qruplaşdırın.
1. Yolların çəkilməsiVerilən amillərin təsiri nəticəsində torpaqların məhsuldarlığının aşağı düşməsini necə səciyyələndirirsiniz?
Təsir edən amillər | Torpaqlara təsiri |
Təbii amillər | |
Kənd təsərrüfatı | |
Sənaye |
Yaşadığınız ərazidə torpaqların ekoloji vəziyyətinə aid esse yazın.