Quraq ərazilərdə – səhra və yarımsəhralarda boz və boz-qonur torpaq tiplərinə rast gəlinir. Bitki örtüyünün zəif olması torpağın tərkibində humusun miqdarının az olmasına səbəb olmuşdur. Belə torpaqların məhsuldarlığı daha aşağıdır.
Məhsuldar qara torpaqlar isə ot bitkilərinin daha yaxşı inkişaf etdiyi mülayim iqlim qurşağının çöllərində əmələ gəlmişdir. Nisbətən quru çöllərdə şabalıdı torpaqlar yayılmışdır.
Enliyarpaqlı, yarpağını tökən meşələr üçün səciyyəvi olan qəhvəyi və qonur meşə torpaqlarında humusun miqdarı yüksəkdir. İynəyarpaqlı (tayqa) meşələrdə yayılan podzol (küləçalan) torpaqlarda humusun miqdarı az, məhsuldarlıq isə aşağıdır.
Şimalda, soyuq ərazilər üçün humus qatının daha zəif olduğu tundra-qleyli torpaqlar səciyyəvidir. Sərt iqlim bu torpaqlarda çürüntü əmələ gəlmə prosesini ləngidir.
Torpaq tipləri şaquli istiqamətdə, yəni dağın ətəyindən zirvəsinə doğru da dəyişir. Bu, hündürlüyə doğru temperatur və yağıntıların dəyişməsi ilə əlaqədardır.
Yer kürəsində yayılan əsas torpaq tipləri