Mexaniki tərkibinə görə torpaqlar gilli, qumlu, qumsal və gillicəli olur. Torpaqdakı rütubət və havanın miqdarı onun mexaniki tərkibi ilə bilavasitə əlaqədardır.
Ərazinin temperatur və rütubəti torpaqəmələgəlmə prosesinə təsir edən əsas amillərdən biridir. Relyef isə torpaq qatının toplanması üçün şərait yaradır. Müəyyən zaman daxilində torpağın tərkibi dəyişir və zənginləşir. İnsan fəaliyyəti də torpaqəmələgəlmə prosesində müəyyən rol oynayır.
Torpağın şaquli kəsiyində aşağıdakı horizontlardan ibarət qatların olduğu müşahidə olunur (a): çürüntü qatı – humus (1) və ya A ; yuyulma qatı (2) və ya A2 ; toplanma qatı (3) və ya B, ana 1 süxur (4) və ya C. Torpaq horizontları arasında fasiləsiz olaraq maddələr mübadiləsi gedir.
Torpaqlar həmçinin strukturlu və struktursuz olur. Strukturlu torpaqlar dənəvər (qumlu), daha münbit, əlverişli su və hava rejiminə malik olur. Münbitliyi az olan, su və havanı pis keçirən tozvari (gilli) torpaqlar struktursuzdur.