Bütün canlılar arasındakı bu əlaqə nəticəsində biosferdə maddələr mübadiləsi baş verir (b). Müəyyən ərazidə formalaşan, bir-biri ilə sıx qarşılıqlı əlaqədə inkişaf edən bitki, heyvan və mikroorqanizmlərin davamlı qrupuna biosenoz deyilir. Hər bir təbii kompleksin (meşə, bataqlıq, çəmənlik, çöl və s.) özünəməxsus biosenozu var.
Okean sularında sərbəst hərəkət edən, fəal heyvanlar (balıq, balina, dəniz tısbağası və s.) nekton adlanır. Bentos okean və dənizlərin dib hissəsində yaşayan dəniz canlılarıdır (molyusk, mərcan, xərçəngkimilər). Suyun üst qatında çoxlu sayda kiçik, hərəkətsiz canlılar - planktonlar yayılmışdır. Onlar nektonlar üçün əsas qida mənbəyidir.
1. Cədvəli çəkin və tamamlayın.
Canlılar \ Xüsusiyyətləri | Həyat tərzi | Yaşadığı dərinlik |
Plankton | ||
Nekton | ||
Bentos |
2. Buraxılmış sözləri yazın.
Biosenoz = + +