X.Kolumbun Amerikanı, Vasko da Qamanın Hindistana su yolunu kəşf etməsindən və F.Magellanın ilk dünya səyahətindən sonra Yer haqqında təsəvvürlər genişləndi.
Vest Hind adaları, Odlu Torpaq, Magellan boğazı, Sakit okeandakı çoxsaylı adalar xəritələrdə öz əksini tapdı. İnsanların yeni quru sahələrinin axtarışına olan maraqları artdı. Müxtəlif istiqamətlərdə təşkil olunan səyahətlər, yeni kəşf olunan ərazilər o dövrdə böyük maraqla qarşılanırdı.
Avropalılar qərbdə kəşf edilmiş böyük bir qurunu - Amerikanı “Yeni Dünya” adlandırdılar. Yeni Dünyanı X.Kolumb kəşf etsə də, qitənin adı Ameriqo Vespuççinin şərəfinə qoyulmuşdur. Çünki səyyah bu ərazilərin yeni bir quru olduğunu əsaslandırmışdı.
Onlara əvvəldən məlum olan ərazilər isə - Avropa, Asiya və Şimali Afrika Köhnə Dünya kimi tanındı.