- Baş üstə, əmican, gəlin sizi yola salım, yoxsa bu kolluqların, qamışlıqların içərisində itərsiniz.
Bu sözləri eşidən Hüseyn geri döndü. Adama yaxınlaşıb dedi:
- Əmican, onun ayağı yaralıdır. İcazə versəydiniz, sizi yola mən çıxarardım.
- Gəl, oğlum, gəl. Gəl göster yolu.
Onlar söhbət edə-edə göz işlədikcə uzanan dar cığıra çıxdılar.
Rafiq dedi:
- Bax bu cığır düz o dağa gedir.
Kök kişi minnətdarlıqla:
- Çox sağ ol, qiyamət oğlansan. Yoldaşın da çox yaxşı uşaqdır.
Rafiqgil onlardan ayrılıb cəld kəsmə yola çıxdılar. Rafiq yoldaşma dedi:
- Hüseyn, mən bu ağacın üstündən onları güdəcəyəm. Sən tez özünü gözətçi postuna çatdır. De ki, iki nəfər naməlum adam görmüşük. Onlar zastavaya gedən yolla irəliləyirlər.
...Bir azdan sonra naməlum adamlar tutuldular.
Mətnin adı məzmuna uyğundurmu? Niyə belə hesab edirsiniz? Əgər bu adla razı deyilsinizsə, hansını təklif edirsiniz?
Sərhəd nədir? Onun qorunması nə üçün vacibdir? Sərhədi kimlər qoruyur?
Hüseyn və Rafiq sərhədçi deyildi. Lakin onlar sərhədi qorumağa yardım edirlər. Bu onların hansı xüsusiyyətindən irəli gəlirdi? Siz belə bir hadisə ilə qarşılaşsa idiniz, necə hərəkət edərdiniz?
Sizcə, Hüseyn və Rafiq öz xüsusiyyətlərini necə təqdim edər?
Yad adamları xarakterizə edin.
Sualları cavablandırın.