Göy rəngdə verilr sözlər bitişik, yox yazılmalıdır?
Hansı düzgündür?
[kolluq] - [kollux] [qamışlıx] - [qamışdıx] [sərhəd] - [sərhət]
sakitćə
naməlúm
geóloq
də́rhal
Bir?dəfə Rafiqlə Hüseyn axşam tərəfi sərhəd postundan qayıdanda sıx kolluqların arasında iki nəfər naməlum adam gördülər. Onlar oturub siqaret çəkir, öz aralarında sakitcə nəsə danışırdılar. Uşaqlar bu yad adamları görərkən özlərini itirmədilər. Onlarla salamlaşdılar.
Bir?qədər getdikdən sonra Rafiq gözü ilə Hüseynə işarə etdi. Sonra qəfildən ufuldaya-ufuldaya yerə oturdu və ucadan dedi:
- Gör tikan ayağıma necə batdı!
Hüseyn dərhal Rafiqinfikrini başa düşərək dilləndi:
- Sən qal, bir az dincəl, mən tələsirəm, gərək tez gedəm.
Ancaq bir qədər aralanmışdı ki, naməlum adamlardan birinin Rafiqə yaxınlaşdığım gördü. Yad adam Rafiqdən soruşdu:
- Oğlum, sən bu aralarda qazıntı aparan geoloqları görməmisən ki?
Rafiq heç kəsə rast gəlmədiyini bildirdi. Yad adam xahiş etdi ki, qarşıdakı dağa tərəf gedən yolu onlara göstərsin.
Rafiq axsaya-axsaya bir neçə addım irəliyə gedib bərkdən dedi: