Yalnız sürücülük diqqət tələb edir fikrini ya təsdiq, ya da inkar edin. Fikrinizi əsaslandırın.
Mətnə əsasən uyğunluğu müəyyən edin.
1. Sürücü malik olmalıdır |
a. ixtisasını təkmilləşdirmək b. iradə c. hisslərini cilovlamaq d. xarici dilləri öyrənmək e. diqqət f. maraqlı insanlarla tanış olmaq g. diqqəti vaxtında cəmləşdirmək |
2. Sürücü edə bilər |
Mətnə əsasən cümlələri tamamlayın.
Sürücünün peşəkarlığı hansı cümlələrdə öz əksini tapmışdır?
Mətn vasitəsilə çatdırılan əsas fikri müəyyən edin.
Necə bilirsiniz, 10 ildən sonra sürücüyə ehtiyac olacaqmı? Fikirlərinizi necə əsaslandırarsınız?
Təsəvvür edin ki, balaca bir dəftərçəniz var. Onun hər səhifəsinə bir müsbət keyfiyyət yazmalısınız. Mətndən istifadə etməklə hansı sözləri seçərdiniz?
Uyğunluğu müəyyən edin.
Sürət və surət sözlərini məna baxımından fərqləndirin.
“Tərəfdar və əleyhdar sözləri əksmənalıdır” hökmünü təsdiqləyin.
Cümlələrə əsasən o əvəzliyindən sonra vergülün işlənmə qaydasını izah edin.
1. O, aşağıya baxdı. 2. O bu saat ancaq bu adamları sağ-salamat mənzillərinə aparmaq barəsində düşünür.
Mətndə əksər cümlələrin sonunda nida işarəsi qoyulmuşdur. Niyə?
Mətndə qırmızı rəngdə verilmiş sözlər niyə defislə yazılmışdır?
“Sürücülük məsuliyyətli peşədir” mövzusunda inşa yazın.