Necə bilirsiniz, ətrafınızda sizi əhatə edən hansı imkanlar var? İki fikir bizim tərəfimizdən verilmişdir. Ardını siz yazın. Sual işarələrinin yerinə nə yazardınız?
Mətnə əsasən Dennis Kopseli xarakterizə edən xüsusiyyətləri deyin. Fikrinizi əsaslandırın.
Satıcı olmaq istərdinizmi? Niyə?
Satıcı olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?
Fikirlərinizdə dəyişikliyə səbəb olan nəsə və ya kimsə olubmu? Onu bölüşmək istərdinizmi?
Qırıq və incik sözlərindən hansı birini mətndəki sınıq sözü ilə əvəz etmək olar?
Araba və fayton sözlərini fərqləndirin.
Əziyyət və zəhmət sözləri yaxınmənalı söz hesab edilə bilərmi? Niyə?
Mətndə fərqləndirilmiş cümlələrin hansında:
Mətndə altından xətt çəkilmiş sözlərə sual verməyə çalışın.
Feil
Əsas nitq hissələrindən biri feildir. Feil hərəkət bildirir və nə etdi?, nə edir?, nə edəcək? suallarından birinə cavab olur.
Məsələn: Oxudu, baxdı, yazdı, aldı - nə etdi?; oxuyur, baxır, yazır, alır - nə edir?; oxuyacaq, baxacaq, yazacaq, alacaq - nə edəcək?
Feil, adətən, cümlənin sonunda işlənir və fikri tamamlayır.
Məsələn: Mən 7-ci sinifdə oxuyuram. Televizorda maraqlı verilişə baxıram.