Atam Fərid israfilov baş dizaynerdir. O, istehsal olunan məhsulların reklam edilməsi ilə məşğul olur. Atamın işi araşdırma tələb edən çox maraqlı, yaradıcı və əhəmiyyətli bir işdir, insanlar reklam vasitəsilə yeni məhsullar, onların keyfiyyəti, tərkibi, qiyməti və s. haqqında məlumat əldə edirlər.
Anam Jalə israfilova mühasibdir. O, insanların əməkhaqqını hesablayır. Anamın işi dəqiqlik və məsuliyyət tələb edir.
Babam İmran İsrafilov uzun müddət sərhədçi olub, vətənimizin sərhədlərini qoruyub. O hər bir işində dəqiq, məsuliyyətli və ayıqdır.
Nənəm Şəfiqə İsrafilova məktəbdə biologiya müəllimidir. O, şagirdlə-rinə qayğı ilə yanaşır, fənnini həvəslə onlara öyrədir. Nənəm çox savadlıdır. O, peşəsini çox sevir.
Məktəbli qardaşım Yusif gələcəkdə mühəndis olacaq.
Ailəmizdə müxtəlif peşələr var: dizayner, müəllim, mühəndis, mühasib, sərhədçi, həkim... Bu peşələrin hər biri vacib və əhəmiyyətlidir. Əsas odur ki, hər biri öz peşəsini sevir. Bir xüsusiyyəti də müəyyən etdim ki, onların xarakterləri seçdiyi peşəyə uyğun gəlir.
Mən kim olacağımı hələ müəyyənləşdirməmişəm....