Peşələrin tarixini öyrəndikdən sonra bu qərara gəldim ki, ailəmin niyə məhz bu peşəni seçdiyini, həmin peşələrin vacibliyi və əhəmiyyətini, onların maraqlarına uyğunluğunu araşdırım.
Siz də mənim kimi ailənizlə bağlı araşdırma aparıb təqdimat hazırlayın.
Təqdimata nümunə:
Peşələr müx-təlifdir. Onların hər biri vacib və əhəmiyyətlidir.
MƏQSƏD
BU MƏNƏM
Salam! Mənim adım Yunisdir. Mənim 12 yaşım var. 7-ci sinifdə oxuyuram. Ailəm 4 nəfərdən ibarətdir: atam, anam, qardaşım (bacım) və mən. Mən hələ ki, şagirdəm. Ancaq gələcək fəaliyyətim üçün seçim etməliyəm. İndidən kim olacağımı müəyyənləşdirməliyəm. Ona görə də valideynlərimdən onların peşələri, niyə məhz bu sahəni seçdiklərini öyrənmək qərarına gəldim