... qədim sənət növlərindən biridir. Mağara divarlarına çəkilmiş ... bu peşənin qədim tarixə malik olduğunu göstərir.
Bu sahənin ilk “yaradıcısı” neandertallar hesab olunur.
Tarixə düşən qədim rəsmlərin nean-dertal insan tərəfindən çəkildiyi deyilir.
Azərbaycanda bu sənətin ilk qədim nümunələri haqqında nə bilirsiniz? Belə nümunələrə harada rast gəlmisiniz?
İnsanlar hələ qədim zamanlardan .... və .... məşğul olublar. Onlar, əsasən, dənli bitkilər əkmiş, ovlanmış heyvanları əhliləşdirmiş və təsərrüfatda onlardan istifadə etmişlər. 13 min il əvvəl qədim Mesopotamiyada formalaşan bu peşə hazırda məşhur biznes sahəsinə çevrilib.
Texniki vasitələrin inkişafı bu sahəyə, sizcə, hansı müsbət dəyişikliklər gətirmişdir? Fer-merlərlə bağlı hansı məlumata maliksiniz?
Dünyanın ən qədim peşələrindən biri ... . Tarixi qədim olan bu sahənin qədim Mesopotamiyada yaranması söylənilir. Əvvəllər köçəri həyat tərzi sürən insanlar ilk dəfə bu bölgədə daimi yaşayış yerləri inşa etmişlər. Onlar əvvəlcə budaq və ağac kötüklərindən, sonra isə digər materiallardan istifadə etmişlər.
Bu sahənin quruculuq işlərində rolunu necə izah edərdiniz?
Məlumatlara əsasən demək olar: