Verilmiş məlumatları oxuyun. Yoldaşlarınızla müzakirə aparıb onların əsasında nöqtələrin yerinə məlumatı ümumiləşdirən peşə adlarını yazın.
... dünyanın ən qədim peşələrindən biridir. İnsanlar həyatda yaşamaq, qidalanmaq üçün bu işlə məşğul olublar. Məşğuliyyətlərini icra etmək üçün müxtəlif alətlər düzəldiblər. Bir müddət sonra isə bu işlə xüsusi şəxslər məşğul olmağa başlayıb və beləliklə, ən qədim peşələrdən olan ... formalaşıb.
Qədimdə insanların paltarsız gəzməsi soyuq havalarda qorunmaq kimi zərurətlər.... peşəsinin inkişafına səbəb olub. Bu məqsədlə insanlar təbiətin onlara verdiyi nemətlərdən: .... istifadə ediblər. 500 min il əvvələ aid .... nümunələrinin Afrikadan tapılması bu peşənin qədimliyini göstərir.
Müasir dövrdə bu sahə necə inkişafetmişdir?