Salam, əsgər! Sən bu gün bir millətin, dövlətin tarixini yazırsan - Şərəf tarixini! Sən son 100 ilin qalibisən! Torpaq sənin qələbənlə Vətən, Yurd olur!
Cadar-cadar olmuş torpaq zəfərinlə dirçələcək, özünə gələcək. Oyanıb sənə: “Axır ki, gəldin!” - deyərək salamım alacaq, salam verəcək.
Sən şanlı, qalib ordunun əsgərisən: millətə, dövlətə Qələbə sevincini bəxş edənsən. Sən millətin qürurunu özünə qaytardın. Sənin sayəndə başımızı dik tutub gəzə bildik, mənim əziz əsgərimi Sən ədaləti bərpa edənsən. Başqa ölkənin torpağım zəbt etmirsən, kimsənin torpağında gözün yoxdur. Öz torpağım işğalçıdan azad edirsən, öz torpağını qoruyursan.
Var ol, əsgəri Hamının indi gözü səndədir: atan, anan, bacın, kiçik qardaşın sənə arxalanır. Millət, dövlət sənə güvənir, etibar edir. Sən Vətəni qoruyursan, güclüsən, rəşadətlisən. Sən işğalçıya kim olduğunu döyüş meydanında göstərdin. Əzminlə, mübarizliyinlə istənilən yeri ala biləcəyindən qorxan düşmən geri çəkilir.
Bilirəm ki, silahsıza, dinc əhaliyə güllə atmayacaqsan. Çünki sən Azərbaycan əsgərisən. Yaşadığın bu günlər həyatının ən yaddaqalan günləri olacaq. Bütövləşən Vətəni qoruduqca daha böyük sevgi ilə sevəcəksən. İnsan qoruduqlarını daha çox sevir.
Əsgərimizə bu qədər sevgini, inamı görməmişdim. Bunu döyüşünlə, qələbənlə qazandın. Hamımızın doğmasına çevrildin. Ölkənin sevimlisi olmaq böyük xoşbəxtlikdir.
Hər dəfə işğaldan azad etdiyin yerlərə Azərbaycan bayrağım sancanda xalqın üzündəki sevinci, yəqin, təsəvvür edirsən. Bu xalq o sancılan bayraqlarla özünə gəlir, qələbə sevincinin necə şirin olduğunu duyur, sənə bir ağızdan: “Var ol, AFƏRİN, mənim ağıllı balam!” - deyir.
Sən milləti məğlub vətəndaş adından xilas etdin. Qələbə sevinci ilə evinə, ailənə sağ-salamat qayıt. Sən bu dövlətə hələ çox lazımsan. Döyüş əzmin, mübarizliyin gələcək nəsillərə nümunə olacaq. Sən artıq bir ailənin, bir elin yox, xalqın sevimlisisən, xalqın qəhrəmanısan.
Var ol, mənim igid balam!
Zəfərin mübarək, Azərbaycan əsgəri!
Rəfail Tağızadə