Cümlələrdə altından xətt çəkilmiş sözləri uyğun əvəzliklərlə əvəz edin.
hamı
onlar
nə zaman
siz
mən
kim
həmin
1. Uşaqlar bəstəkarın ev-muzeyini ziyarət etdilər. 2. Kim tamaşaya baxmaq istəyir? 3. Böyüklər də, kiçiklər də Azərbaycanın dövlət himni ifa ediləndə ayağa qalxdı. 4. Fikrət Əmirov, Qara Qarayev kimi bəstəkarlar Ü.Hacıbəylinin davamçılarıdır. 5. Yusif və Yunis, tamaşaya baxmağa gedəcəksiniz? 6. “O olmasın, bu olsun” operettası 1910-cu ildə yazılmışdır. “O olmasın, bu olsun” tamaşasının premyerası 25 aprel 1911-ci ildə Bakıda indiki M.F.Axundov adma Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutdu.
Mətnin ardını elə yazın ki, nikbin sonluqla tamamlansın.
Hər hansı bir obyekt və ya hadisə seçin. Obyekt və ya hadisədən aldığınız təəssürat əsasında inşa (esse) yazın.
TƏLİMAT:
1. Seçdiyiniz obyekt və ya hadisə haqqında düşünün.
2. Məlumat toplayın və emal edin.
3. Obyekt və ya hadisənin qəlbinizdə yaratdığı hissləri təsvir edin.
4. Yazınızı zənginləşdirmək üçün atalar sözləri, bayatı və hikmətli kəlamlardan istifadə edin.
İSTİQAMƏT:
Obyekt Vətən, torpaq, yurd, yaxud hər hansı bir ərazi (şəhər, rayon, kənd, qəsəbə), tarixi abidə və s. ola bilər.
Hadisə yuxarıda sadalanan obyektlərlə bağlı hər hansı bir hadisə, tarixi hadisə, şəxslə bağlı əhvalat və s. ola bilər.